Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

ABB Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslərin fəaliyyətləri ilə bağlı qanunvericilikdə olan dəyişikliklər ilə əlaqədar mövcud kiçik və orta sahibkarlıq seqmenti üzrə cari bank məhsul və xidmətlərinin modifikasiyası və ya yeni təqdim ediləcək bank məhsul və xidmətlərinin yaradılması və aidiyyəti struktur bölmələr ilə birgə tətbiqinin həyata keçirilməsi;
  • KOS seqmenti üzrə bank daxili normativ sənədlərin işlənib hazırlanmasında aidiyyəti struktur bölmələr ilə birgə əməkdaşlığın aparılması;
  • KOS seqmenti üzrə daxili və xarici bazar şərtlərinin müntəzəm olaraq araşdırılması və zərurət yarandığı təqdirdə mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və tabe olduğu birbaşa rəhbərə təqdim edilməsi;
  • KOS seqmenti üzrə rəqəmsal bank məhsul və xidmətlərin inkişaf etdirilməsi istiqamətində təkliflərin hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Yeni layihələrin həyata keçirilməsi istiqamətində təkliflərin hazırlanması və təqdim edilməsi;
  • Cari və yeni layihələr üzrə yerli və beynəlxalq təşkilatlar ilə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində verilən tapşırıqların icrası və hesabatların təqdim edilməsi;
  • Rəhbərliyin aidiyyəti digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyət dövrü ərzində əmələ gələn digər vəzifələrin yerinə yetirilməsi;

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Səlis Azərbaycan, yaxşı Rus və İngilis dili bilən;
  • Yaxşı Microsoft Office bilikləri olan;
  • Analitik düşüncə və yaradıcılıq qabiliyyəti olan;
  • Komandada işləmə bacarığı olan şəxs.
  • Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər haqqında, Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərin olması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@abb-bank.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı