Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

“AzInTelecom” MMC Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Şirkət haqqında:

Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001  və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Şöbə:

  • Kommersiya departamenti/ Marketinq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Məhsulun yaxşılaşdırılması məqsədilə daxili və xarici müştərilərdən daxil olan sorğuları sənədləşdirmək
  • Bazarın tədqiqi və rəqabət təhlilini yerinə yetirmək
  • B2B müştərilər üçün proqram təminatı məhsullarını layihələndirmək və yaratmaq
  • Məhsul boşluqlarının aradan qaldırılması üçün başlıca istifadə variantlarını təyin etmək
  • Mükəmməl təşkilatçılıq bacarıqları, təfərrüatlara diqqət, çoxlu sayda tapşırıqları izləmək və alternativ prioritetlərlə çoxlu müxtəlif paralel təşəbbüslər üzərində işləmək qabiliyyəti
  • Açıq ifadə olunmuş analitik qabiliyyət
  • Biznes strategiyasının planlaşdırılması üzrə təcrübəyə üstünlük verilir
  • Proqramlaşdırma və UX istiqamətində maraq əlavə üstünlükdür

Tələb olunan bilik və bacarıqlar:

  • Komanda mühitində əməkdaşlıq şəraitində işləmək qabiliyyəti
  • Təşkilatda bütün səviyyələrdə insanlarla effektiv şəkildə işləmək qabiliyyəti
  • Mürəkkəb ideyaları effektiv şəkildə ötürmək bacarıqları
  • Layihələri vaxtlı vaxtında yerinə yetirmək

Arzu olunan meyar və tələblər:

  • Layihələrin idarə olunması sahəsində sertifikat əlavə üstünlükdür
  • IT şirkətində təcrübə əlavə üstünlükdür
  • Proqram təminatının inkişaf etdirilməsi və server inzibatçılığı sahəsində təcrübə
  • Bulud məhsulları və xidmətlərinin işlənib hazırlanmasında təcrübə əlavə üstünlükdür
  • MS Excel, MS Power Point və MS Project üzrə biliklər əlavə üstünlükdür

Təhsili:

  • IT və ya kompüter elmləri sahəsində bakalavr dərəcəsi
  • MBA əlavə üstünlükdür

Dil bilikləri:

  • Azərbaycan dili, ingilis dili (orta səviyyə)
  • Rus dili əlavə üstünlükdür

İş təcrübəsi:

  • IT/Yüksək texnologiyalarla əlaqədar məhsulların işlənib hazırlanmasında ən azı üç (3) illik təcrübə

İş qrafiki:

09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı