Məhsul üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

“Kontakt Home” mağazalar şəbəkəsi Kontakt Kosmetika departamentinə Məhsul üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

  • Məhsul üzrə menecerə gündəlik işlərdə dəstəyin göstərilməsi;
  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
  • İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
  • Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
  • Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
  • Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
  • Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
  • Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
  • Büdcənin idarə edilməsi və izlənməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Tələblər:

  • Ali təhsil;
  • Satınalma, kateqoriya menecmenti, maliyyə sahələrində iş təcrübəsi – ən azı 2 il;
  • Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
  • Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
  • Marketinq və satış əməliyyatları və prosesləri haqqında biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
  • CİPS sertifikatları arzuolunandır.

https://qlor.me/l5j9gmg6

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı