Qısa məzmun
Kapital Bank Məhsul sahibi vəzifəsi üzrə vakansiya elan edir.
“Kapital Bank” ASC namizədləri “Məhsul sahibi” vakansiyasına müraciət etməklə “Agile” komandasının üzvü olmaqa dəvət edir!
Bizim üçün önəmli olan:
- Mürəkkəb problemləri həll etmək və yeni çıxış yolları axtarmaq. Bu səbəbdən bizim iş günümüz bəzən bir kvestə bənzəyir ki, bunun sayəsində hər birimiz daha sürətli böyüyə bilirik;
- Məhsulun inkişafına təsir etmək. Həmkarlarımızı dinləyir və məhsulun inkişafında ən yaxşı həll yollarını seçmək üçün onların təcrübə və fikirlərindən yararlanırıq;
- Problemlər barədə açıq danışmaq və yeni həll yolları təklif etməkdən çəkinməyin. Bu məqsədlə qarşılıqlı əlaqə və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdiririk.
Tələblər:
- Komanda üzvlərinin karyera inkişafını planlaşdırmaq və Bankın məhsuldarlıq, keyfiyyət, davamlı inkişaf və hədəfin həyata keçirilməsinə dair gözləntilərini qarşılamasına rəhbərlik etmək;
- Komandanın inkişafına cavabdeh olmaq və effektivliliyi idarə etmək;
- Məhsula dair strategiya, Vision və Roadmap formalaşdırmaq, həmçinin backlog-u idarə etmək və prioritetləri təyin etmək;
- Maliyyə, əməliyyat göstəriciləri və proseslərin təkmilləşdirilməsi daxil olmaqla, məhsulun tətbiqi nəticələrindən cavabdeh olmaq;
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
- Məhsulun tələblərə uyğunluğundan cavabdeh olmaq, tələbləri funksional rəhbərlər ilə əlaqələndirmək;
- Müştəri seqmentləri ilə işləmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- İnkişaf qrupu ilə birlikdə texniki həll yollarını müəyyənləşdirmək və proseslərin təkmilləşdirilməsi və inkişaf sürətinin optimallaşdırılması üçün fikirləri təbliğ etmək;
- Keyfiyyətli tədqiqatlar, A / B testlər həyata keçirmək və buraxılışları təhlil etmək.
Sizdən gözləntilərimiz:
- 3 ildən artıq məhsul sahibi və ya məhsul rəhbəri kimi iş təcrübəsi və ya ən azı 3 illik layihə rəhbəri vəzifəsində və ya məhsula dair məsuliyyəti öz üzərinizə götürməklə bağlı
- iş təcrübəsi hazırsınız;
- Məhsul yanaşmasını dərindən anlamaq və “Agile” dəyərlərinə malik olmaq;
- Məhsul komandasını idarə etmək təcrübəsinə sahib olmaq;
- Məhsul inkişafının texnoloji əsaslarını və məhsulların yaradılması haqqında prosesləri bilmək.
Sizə təkliflərimiz:
- Kapital Bankda karyera inkişafı;
- Sabit rəqabətli əmək haqqı;
- Tibbi sığorta;
- Şəxsi inkişafla bağlı müxtəlif təlimlər və imkanlar.
Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...