Qısa məzmun
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Mobil Tətbiqimizi daim bazar trendlərinə, müştəri ehtiyaclarına və rəqabətə davamlı yöndə inkişaf etdirmək. Eyni zamanda, daim müştəri ehtiyaclarına uyğun yeniliklərin tətbiq edilməsinə çalışmaq;
- Məhsul vizyonunu, yol xəritəsini və böyümə imkanlarını müəyyənləşdirmək;
- Komanda (analitik, dizayner, tərtibatçı) ilə sıx əməkdaşlıq edərək, məhsuldar və güclü iş mühitini yaradıb, idarə və inkişaf etdirmək;
- Mobil Tətbiqi əhatə edən bütün proseslərin idarə olunması;
- Məhsul yol xəritəsini və spesifikasiya tələblərini müəyyənləşdirmək;
- Mütəmadi olaraq, məhsul üzrə biznes hədəflərin təhlili, istifadəçi aktivliyinin izlənilməsi və artırılması üzrə proqnozların və həllərin verilməsi;
- Məhsulun ilkin buraxılışlarını və inteqrasiyasını dəstəkləmək;
- Detallı istifadə hallarını, biznes tələblərini və marketinq tələblərini yaratmaq.
Tələblər
- Mobil bankçılıq və ödəniş sistemləri sahələrində Məhsul Sahibi kimi ən azı 3 illik təcrübə;
- Biznes prioritetləri, müştəri ehtiyacları və bazar barədə güclü anlayışa malik olmaq;
- Əla ünsiyyət, komandanı idarəetmə və təqdimat bacarıqlarına sahib olmaq;
- Böyük verilənlər (big data) alətləri ilə işləmək bacarığı;
- Tətbiq inkişafı prosesi və texnologiyaları barədə sağlam anlayış;
- Son istifadəçilər üçün həllər yaratmaq və məhsulun bütün həyat dövrü boyunca uğurlu idarə edilməsini təmin etmək təcrübəsi;
- Analitik bacarıqlar da üstünlük təşkil edəcək, xüsusən verilənlər (Excel, Python, SQL) haqqında anlayış;
- Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
- Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili yüksək, İngilis və Rus dilləri isə yaxşı səviyyədə olmalıdır.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış üzrə mühasib
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...