Məhsul Meneceri (qeyri-qida)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avrora Məhsul Meneceri (qeyri-qida) vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
  • Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
  • Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
  • Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
  • Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
  • Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarının təhlil edilməsi;
  • Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
  • Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
  • Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Güclü analitik düşüncəyə malik olması;
  • Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
  • Excel proqramı üzrə biliklər (orta səviyyədə);
  • Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və biliklər:

  • Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
  • Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi (qeyri-qida sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri (qeyri-qida)” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı