Məhkəmə orqanları ilə iş şöbəsinin hüquqşünası/vəkili
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yelo Bank Məhkəmə orqanları ilə iş şöbəsinin hüquqşünası/vəkili vəzifəsi üzrə vakansiya elan edir.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhkəmə Orqanları ilə iş Şöbəsi, hüquqşünas/vəkil” vakansiyasını elan edirik.

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə “MOİŞ _ hüquqşünas/vəkil” qeyd etməklə jobs@yelo.az ünvanına 15.06.2021-ci il tarixinədək mürəciət etməyiniz xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Məhkəmə Orqanları ilə iş
Vəzifə: Hüquqşünas/vəkil
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Bankın Məhkəmə icraatında olan işlərlə (problemli kreditlər üzrə) bağlı məhkəmə icraçıları, əlaqəli dövlət orqanları ilə əlaqələr yaratmaq
  • Ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında Bankın maraqlarını təmsil etmək
  • İddia ərizələrin,məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlama
  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq,işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək,icraatında olan işlərdən tam məlumatlı olmaq;
  • Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək
  • Qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq

Tələblər:

  • Təhsil və kvalifiksaiyalar
  • Ali təhsil
  • Təcrübə
  • Bank sahəsində ən azı 6 ay iş təcrübəsi
  • Peşəkar bilik və bacarıqlar
  • Strateji və analitik düşüncə tərzi;
  • Təşəbbüskarlıq və yaradıcılıq xüsusiyyəti;
  • Kollektivdə işləmək bacarığı və istəyi;
  • Yaxşı təşkilati keyfiyyətləri;
  • Mükəmməl məsuliyyət hissi;
  • Azərbaycan dili biliyi, rus dili biliyinə üstünlük verilir;
  • Kompüter savadı (eləcə də Microsoft Word, Excel, PowerPoint, Outlook proqramlarını bilmək).

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Könüllü tibbi sığorta proqramına qoşulma
  • Yığım sığortasına qoşulma imkanı
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı