Media və dizayn xidmətləri üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azersun Holding Media və dizayn xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minumum  1 il iş təcrübəsi
  • Yüksək excel bacarıqları
  • İkin texniki dizayner bacarıqları
  • Ezamiyyətlərə gedəbilməli:
  • Rus dili bilgisinin olması üstünlükdür;
  • Rahat ünsiyyət qura bilmə bacarığı

İş haqqında:

  • Reklam materiallarının açıq hava reklam vasitələrində (bilboard, metropoliten, avtomobil, pano ve diger reklamlar) yerləşdirilməsi;
  • İri market şəbəkələrində səsli reklamların (Market Radio), avtobuslarda səsli reklamların, kinoteatrlarda reklamların yerləşdirilməsini təmin etmək,
  • Reklam materiallarının müxtəlif media vasitələrində yerləşdirilməsinə dəstək olmaq;
  • Açıq hava reklam xidməti təklif edən şirkətlər ilə əməkdaşlıq müqavilələrinin, onlara əlavələrin tərtib olunması;
  • Aktiv və markaya uyğun reklam yerlərinin müəyyənləşdirilməsi, müəyyənləşdirilən reklam yerləri üçün reklam təkliflərinin alınması və brend yetkililəri ilə paylaşılması;
  • Markaların bəyənmiş olduqları reklam yerləri üçün reklam şirkətlərinin təyin etdikləri büdcə üzərində qiymət anlaşmaları edilməsi üçün satınalma əməkdaşına müraciət olunması;
  • Müvafiq işlər tamamlandıqdan sonra reklamı təhvil almaq, keyfiyyətini kontrol etmək və Kateqoriya rəhbərliyinə təqdim edərək, təsdiq almaq;
  • Açıq hava reklam qurğularını daim nəzarətdə saxlamaq, monitorinqlər təşkil etmək, üçüncü tərəfin monitoring xidməti olmayan media kanallarda sifariş verilmiş reklamların manual olaraq monitorinq olunması.
  • Aşkar olunan problemlərlə bağlı üst rəhbərliyi dərhal məlumatlandırmaq, Ödəniş üçün gərəkən sənədlərin (hesab-faktura və aktlar) qəbulu, kontrolu, üst rəhbərliyin təsdiqindən sonra ödənişə göndərilməsi;
  • Həyata keçirilmiş bütün növ reklam işlərinin ümumi, həmçinin aylar üzrə hesabatını tutmaq, gərəkdiyi anda şöbə müdirinə hesabatlar təqdim etmək;
  • Açıq hava reklam qurğularının sağlam və nöqsansız düzəldilməsinə nəzarət etmək;
  •  Davamlı araşdırmalar apararaq açıq hava reklamlarının durumunu məhsul qruplarına rapor etmək, Media qurumların, outdoor reklam şirkətlərin gərəkli reklam materialları ilə (loqotip, marka haqqında məlumat, banner, stend,  reklamlar, məhsullar, çap ediləcək dizaynlar və s.) vaxtında təmin olunması.

İş şərtləri: İş qrafiki I-VI gün, Bazar – istirahət

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi cv@azersun.com elektron poçt ünvanına emaili-in mövzu yerinə “Media və dizayn xidmətləri üzrə mütəxəssis” yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı