Media üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Media üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə öhdəlikləri:

  • Reklam agentlikləri və media şirkətləri ilə koordinasiyanın təmin edilməsi;
  • Media fəaliyyətlərinin proqramlaşdırılması;
  • Mətbuatın izlənməsi və aidiyyatı xəbərlərin ötürülməsi;
  • Müəssisə haqqında çıxan xəbərlərin izlənməsi və monitorinqi;
  • Şirkətin təqdim etdiyi hər bir xidmət və məhslun reklamının təşkil edilməsi
  • Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi;
  • Hədəf kütlə gözləmələrini ölçməyə istiqamətli ictimaiyyət araşdırmaların icra edilməsi;
  • Şirkətin hədəf, məhsul və ya xidmətlərini tanıtmaq üçün strategiyaların inkişaf etdirilməsi.

Tələblər:

  • Ali təhsil (İctimaiyyətlə əlaqələr və ya Jurnalistika sahəsi üzrə təhsil arzu olunandır);
  • Əlaqəli iş üzrə minimum 2 il iş təcrübəsi;
  • Məsuliyyətli və problem həll etmə bacarığı;
  • Azərbaycan qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları, Rus dili bilikləri arzu olunandır;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar;
  • Əmək haqqı: 1200-1600 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kqbxyufm

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı