Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Mebel üzrə texnoloq vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Mebelin istehsalı üzrə texnoloji proseslərə nəzarət etmək;
- İstehsalat zamanı qeydə alınan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün təkliflər vermək;
- Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salınmasına nəzarət etmək;
- Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirilməsinə nəzarət etmək;
- Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
- Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasına nəzarəti həyata keçirmək;
- İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
- 6 günlük iş həftəsi,
- Nahar fasiləsi: 12:00-13:00,
- Nahar müəssisə tərəfindən təmin edilir.
Namizədə tələblər:
- Ali və ya texniki təhsilli
- Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 5 il
- Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması
- MS Office ( Word, Excel, Power Point) proqramlarında işləməyi bilməli
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır
- Ağac emalının texnologiyasını bilməlidir
- Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir
- Yaş həddi 30-50
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
- Тexniki sənədlərin oxunmasını bacarmalıdır
- Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri)
- CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq bacarığının olması
- CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı
- AutoCad və 3D mebelinin dizaynı proqramı haqqında məlumatı olmalı
- Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli
- Ağac pəncərə sistemini və mexanizmlərini bilməli
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti
- Ezamiyyə imkanları
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşmas Fəal olması və komandada işləmək bacarığı
Oxşar vakansiya siyahısı:
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...