Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Mebel üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst oxuyub və yazmağı bacarmalıdır.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
- Azərbaycan dilində sərbəst oxuyub və yazmağı bacarmalı;
- Satış sahəsində təhlilinin aparılması qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Mebel satışı sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.
Əsas vəzifələr:
- Bazar araşdırılmasının aparılması və müvafiq hesbatların hazırlanması;
- Müştəri bazasının yaradılması və genişləndirilməsi istiqamətində planların hazırlanması və icra edilməsi;
- Mebel satışı ilə məşğul olan filialların satışına nəzarət;
- Mebel satışı ilə məşğul olan filiallara daimi vizitlərin həyata keçirilməsi və hesabatların şirkətin direktoruna təqdim edilməsi;
- Mebel satışı ilə məşğul olan filialların işçi heyətinə müvafiq təlimlərin keçirilməsi;
- Mebel satışı ilə məşğul olan işçilərin filialları ilə həftəlik görüşlərin keçirilməsi;
İş şəraiti:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
- Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mebel üzrə satış müdiri” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.09.2020
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...