Mebel dizayneri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Palıd – 2015 MMC Mebel dizayneri vəzifəsi üzrə vakansiya elan edir

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil,
  • Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
  • Xanım namizədlərə üstünlük verilir,
  • Analitik düşüncə qabiliyyəti,
  • Punktual və ünsiyyətcil olması.

Vəzifə öhdəlikləri:

  • Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
  • Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
  • Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
  • Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.

Bilik və bacarıqlar:

  • Müasir və klasik üslub istiqamətlərini bilməsi,
  • Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
  • Konstruksiya ilə işləmə qabiliyyəti,
  • Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
  • Müştəri ilə işləmə qabiliyyəti

İş qrafiki: Bazar ertəsi- şənbə 10:00-20:00

İş yerinin ünvanı: Bakı şəhəri.,Nərimanov rayon,Ağa Nemətulla küç, 19/36

Əlaqə nömrəsi: 050-277-33-31

Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri” adını qeyd edərək göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...