Qısa məzmun
Palıd – 2015 MMC Mebel dizayneri vəzifəsi üzrə vakansiya elan edir
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil,
- Kompüter bilikləri: MS Office proqramları, Autocad, 3DMAX və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan və Rus dilləri, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Mebel istehsalı sahəsində 2 ildən az olmayaraq iş stajı.
- Xanım namizədlərə üstünlük verilir,
- Analitik düşüncə qabiliyyəti,
- Punktual və ünsiyyətcil olması.
Vəzifə öhdəlikləri:
- Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
- Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi.
- Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi,
- Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
- Müasir və klasik üslub istiqamətlərini bilməsi,
- Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi,
- Konstruksiya ilə işləmə qabiliyyəti,
- Optimal dizayn qərarlarını vermə qabiliyyəti.
- Müştəri ilə işləmə qabiliyyəti
İş qrafiki: Bazar ertəsi- şənbə 10:00-20:00
İş yerinin ünvanı: Bakı şəhəri.,Nərimanov rayon,Ağa Nemətulla küç, 19/36
Əlaqə nömrəsi: 050-277-33-31
Əmək haqqı: 800-1000 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri” adını qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...