Qısa məzmun
ALCO MMC Material Mühasibi vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);
- Mühasibat və maliyyə sahəsində iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, Rus dili, İngilis dilləri biliyi;
- Azərbaycan Respublikası mülki, əmək, vergi, gömrük qanunvericiliyi üzrə biliklər;
- MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- İşə yaradıcı və təşəbbüskar yanaşma.
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Yük gömrük bəyannaməsi əsasında malın maya dəyərinin hesablanması;
- Mühasibatlıq proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Gömrük bəyannaməsi və elektron qaimə-fakturalarının yoxlanılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirilməsi.
1-ci iş yeri: Azərbaycan, Bakı, Səbail rayonu (İçərişəhər), Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)
2-ci iş yeri: Azərbaycan, Sumqayıt, Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küçəsi 1,
Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
CV-ləri mail ünvanında göndərməyiniz xahiş olunur.
Tel: 0125056810/11
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...