Qısa məzmun
Köksallar Group Marketinq və satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Baş ofisi Türkiyədə olan və Bakıda filialı açılacaq olan Köksallar Qrup şirkəti üçün aşağıdakı tələblərə cavab verən satış və marketinq mütəxəssisi vəzifəsinə qadın namizəd axtarışındayıq.
Şirkət Qadın Estetikası, Türkiyədə Saç Əkimi, Diş Baxımı və Əməliyyatları, Lazer Göz Cərrahiyyəsi kimi hərtərəfli xidmətlər göstərir.
Əsas vəzifə:
- Potensial müştəri / istehlakçı və bazar imkanlarını araşdırmaq,
- Müştərinin diqqətini cəlb edə biləcək strategiyaların yaradılması,
- Xidmət etdiyimiz sahələrdə ətraflı məlumat və tanıtım üçün reklam, kommersiya filmləri və media kimi kanallardan istifadə etmək,
- Müştərinin nəzərində məhsul və ya xidmətin dəyərini artırmaq üçün strateji tədqiqatlar aparmaq,
- Satış sahəsində yeni layihələr və əməliyyatlar yaratmaq,
- Müştəri tələblərini və fikirlərini izləmək,
- Reklam infrastruktur işlərinin hazırlanması,
- Müəssisənin məqsəd və prosedurlarına uyğun tədqiqatlar hazırlamaq.
Tələblər:
- Diksiyası düzgün
- Müştəri ilə münasibət qurma bacarığı
- İngilis və rus dillərini çox yaxşı bilmək məcburidir (müsahibə hər 2 dildə keçiriləcək)
İş qrafiki:
- Həftə içi hər gün: 09:00 – 18:00
- Şənbə və bazar – istirahət günləri
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Marketinq və satış üzrə mütəxəssis” başlığı ilə cv@koksallargroup.com.tr ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibəsi müsbət olacaq qadın işçilərimiz, İstanbuldakı K Plus Klinikasının baş ofisində 10 gün təlim alacaqlar. Gediş – Qayıdış Uçuş bileti, yaşayış xərcləri və s. şirkətimiz tərəfindən ödəniləcəkdir.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi SMM təcrübəçi vakansiyası elan edir. ...
MAX PRINT — одна из ведущих компаний в области цифровой печати, производства наружной рекламы и ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...