Marketinq və Kommersiya üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Marketinq və Kommersiya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Departament- Tərəfdaşlarla İş və Kommunikasiyalar departamenti
Şöbə- Marketinq və Kommersiya şöbəsi

Vəzifə Funksiyaları:

  • Mərkəz tərəfindən təqdim edilən cari və yeni məhsul və xidmətlərin potensial tərəfdaşlara təqdimatını təşkil etmək;
  • Həmin məhsul və xidmətlərin inkişafı istiqamətində təkliflərin verilməsi, müştəri istəklərinə uyğun formalaşdırılması, icrasına nəzarət edilməsi;
  • Satış kanallarını müəyyən edərək, satış planının hazırlanması, icra edilməsi;
  • Uyğun sahədə yerli bazarı araşdırmaq, analizlər etmək, təhlillər aparmaq.
  • Müştəri bazasının genişləndirilməsi, layihələr üzrə görüşlərin keçirilməsi və əməkdaşlıq sonrası dəstəyin göstərilməsi;
  • Bazarda mövcud marketinq kampaniyalarının daim nəzarətdə saxlanması və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edilməsi;
  • İstifadə olunan layihələrin və xidmətlərin effektivliyinin təhlil edilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərin həll edilməsi;
  • Uyğun sahədə bazardakı potensial məhsul və xidmətlərin araşdırılması, yeni ideyaların və təkliflərin verilməsi.

Təhsil tələbləri:

  • Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, Marketinq istiqamətləri üzrə arzuolunandır);

Texniki biliklər:

  • MS Windows, MS Office, Internet – yüksək istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür);
  • Məqsədyönlü, operativ, yenilikçi və komandada işləmək bacarığı;
  • IT, Texnologiya, Fintech və digər istiqamətlərdə bazarı tanımaq və analiz etmək qabiliyyətinə malik olmaq;

Xarici dil bilikləri:

  • • Yüksək Azərbaycan dili və İngilis dili bacarıqları (Rus dili arzuolunandır).

İş təcrübəsi:

  • • B2B satış, kommersiya, müştəri xidmətləri və marketinq sahələri üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmaq.

CV-ləri egov-qt@asan.gov.az elektron poçt ünvanına göndərməyiniz və yalnız tələblərə uyğun namizədlərin CV göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı