Qısa məzmun
AIR Group Marketinq və Biznesin İnkişafı Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi: 30-40;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
- Marketinq sahəsində min 5 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür.
İş barədə məlumat:
- Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etməlidir;
- Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
- Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalıdır;
- Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
- Marketinq planı və büdcəsini hazırlamalıdır;
- Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparmalıdır;
- Müştəri bazasını genişləndirməlidir;
- Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
- Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat hazırlanmalıdır;
- Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət etməlidir;
Əlavə məlumatlar:
- Əmək haqqı: müsahibə əsasında
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq direktoru” sözlərini qeyd edərək hr@airgroup.az e-mail ünvanına göndərsinlər
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...