Qısa məzmun
ASIA Motors şirkəti Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Rəqəmsal marketinq üzrə təcrübə, bütün növ dijital platformalarda işləmə bacarığı (Facebook Business, Instagram, Google ADS, YouTube, LinkedIn və s.)
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən
- Ali təhsil (iqtisadi ali təhsil arzuolunandır);
- Azərbaycan və Rus dilini səlis bilməli, İngilis dilini yaxşı bilməli
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
- Turizm sahəsində təcrübə arzuolunandır;
- MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C proqramlarında işləmək bacarığı olmalı;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
- Satış qabiliyyəti və hədəf yönümlü olmalı;
- Yaş həddi: 24-35
Vəzifələr:
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz araşdırmalarının aparılması;
- Şirkət üçün çap materiallarının hazırlanması və sifariş olunması (dizayn, çap) ;
- Potensial müştərilərə təkliflərin göndərilməsi;
- Marketinq planının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ marketinq layihələrinə nəzarət etmək, koordinasiya etmək, marketinq alətlərində işləmə bacarığı;
- Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsi;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi
- İş yeri: Babək prospekti
- Karyerada yüksəliş imkanları
Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...