Qısa məzmun
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi
- Rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması və idarə olunması (SMM, Google Ads, SEO və s.)
- Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn və s.) idarə olunması və kontentin hazırlanması
- Brendin tanınması və mövqeyinin gücləndirilməsi üçün təşəbbüslərin irəli sürülməsi
- Aylıq və rüblük hesabatların hazırlanması
- Bazar araşdırmaları və rəqib təhlillərinin aparılması
Namizəddən tələblər:
- Ali təhsil (Marketinq, Biznes, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi
- Rəqəmsal marketinq alətləri və analitik platformalarla (Google Analytics, Meta Business Suite və s.) işləmə bacarığı
- Kreativ düşüncə və yazılı ünsiyyət bacarığı
- Komanda ilə işləmə və təşəbbüskarlıq qabiliyyəti
Biz təklif edirik:
- Qrafik: 5 günlük.
- Məkan: Ulduz metrosu yaxınlığı (Metrodan servis mövcuddur)
- Əmək haqq: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindın təmin edilir
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
📩 Müraciət qaydası:
CV-nizi və motivasiya məktubunuzu hr.inci@inci.az ünvanına mövzu hissəsində “Marketing Specialist” qeyd etməklə göndərin.