Marketinq üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzGübrə Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  •  Şirkətin marketinq strategiyasını müəyyən etmək, marketinq planı, marketinq büdcəsini hazırlamaq, bu plan və büdcəyə əsasən irəliləmək
  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasını bilmək, media əlaqlərini qurmaq, müsahibə və press-reliz mətnlərinin yazılması və onların yerləşdirilməsinə nəzarət etmək
  • Azərbaycan Dövlət Reklam Agentliyi ilə münasibətlərin idarə olunması
  • Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək
  • Rəqəmsal sahədə alətlərin düzgün seçilməsi və idarə olunmasını təmin etmək
  • Şirkətin korporativ stili və brandbook-na uyğun dizayn vizuallarının, eskizlərinin yaradılmasına birbaşa nəzarət etmək
  • Trendləri izləmək, sosial media alətlərindən düzgün istifadə və nəzarət etmək
  • Şirkətdaxili marketinq məhsullarına (promo, reklam məhsulları və s.) yaranan tələblərə əsasən sifarişləri həyata keçirmək
  • Marketinq araşdırmalarrını həyata keçirmək və araşdırma nəticlərini düzgün analiz edib nəticə çıxarmaq
  • İllik marketinq hesabatını hazırlamaq
  • Vəzifə öhdəliyinə əsasən rəhbərlikdən daxil olan  tapşırıqları yerinə yetirmək

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Minimum 1 il müvafiq sahə də iş təcrübəsi;
  •  Marketinq planının və strategiyasının yazılması, marketinq büdcəsinin hazırlanması və bu büdcə əsasında işlərin idarə olunmasını
  • Marketinq və menecmentin əsaslarını;
  • İctimaiyyətlə əlaqələr strategiyasının hazırlanması, media əlaqələrinin idarə edilməsi, düzgün PR alətlərinin seçilməsini
  • Reklam haqqında Azərbaycan Respublikasının Qanununu
  • Reklam fəaliyyətinin təşkili, online və offline reklam alətlərinin müəyyən edilməsi və idarəedilməsini
  • Rəqəmsal marketinq fəaliyyətinin təşkili, tərkibinə daxil olan alətlərin kordinasiya edilməsi və istifadə edilməsini
  • Azərbaycan dilinin qrammatik normalarını
  • Marketinq araşdırmalarının aparılma nəzəriyyəsini və praktikasını;
  • Marketinq araşdırmalarının hesabatının hazırlanması qaydalarını;
  • Marketinq kampaniyalarının yazılması, hazırlanması və nəticələrinin analiz edilməsini
  • Toplanmış informasiyanı qruplaşdırıb analiz etməyi;
  • İnformasiyanın təhlili, ötürülməsi və qorunması üsullarını;
  • Daxili və xarici bazarların potensial imkanlarının və inkişaf tendensiyalarının öyrənilməsi metodlarını;
  • İşgüzar ünsiyyət etikasını;
  • Şəxsi heyətlə iş formaları və metodlarını, əməyin motivasiya edilməsini;
  • Daxili əmək intizamı qaydalarını;
  • Azərbaycan, Rus və İngilis dillərini

İş şəraiti:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında
  • İş yeri: Bakı şəhəri
  • Korporativ nömrə ilə təmin edlimə

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi e-mail ünvanına “Marketinq üzrə menecer” yazaraq göndərə bilərlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı