Marketinq üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Gilan Tekstil Park Marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İllik marketinq planını hazırlamaq və ona uyğun işləri qurmaq.
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək.
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərin reklamını təşkil etmək.
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, veb portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlilini aparmaq.
  • Müştəri bazasını genişləndirmək.
  • Şirkət bloqunun moderasiyasını aparmaq.
  • Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə etmək.
  • Şirkətin mövcud marketinq kampaniyalarını daima nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departament rəhbərinə hesabat şəklində təqdim etmək.
  • İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil etmək.
  • Müştərilərdən gələn sorğuları cavablandırmaq.
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq.
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq.
  • İstifadə olunan saytların effektivliyini təhlil etmək.
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Ali təhsil və ya magistr dərəcəsi (bizness, menegment, marketinq və s.oxşar sahələr üzrə);
  • Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi;
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI:

  • Həftə ərzində 5 günlük iş qrafiki.
  • İş saatı: 09:00-18:00
  • Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı