Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil.Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklərə malik olması zəruridir
- Enerjili, marketinq sahəsində karyera qurmaq istəyən namizədlər axtarılır
- Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir
- Məsuliyyətli və punktual olmalıdır
- Azərbaycan və rus dilində yaxşı səviyyədə danışıq,nitqi aydın və səlis olmalıdır.
- MS Word və MS Excel proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır
- Minimum 1 il iş təcrübəsi olmalıdır
- Bölgələrə ezamiyyətlərə hazır olmalıdır
Vəzifə öhdəlikləri:
- Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır
- Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir
- POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işin təşkilinə məsuldur
- Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir
- Marketinq anbarının işinin təşkilinə cavabdehdir
- Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir
İş şərtlərimiz:
- Əmək haqqı: 600 AZN
- İş qrafiki : Tam iş günü 5 gün.
- İş saatları: 08:30-17:30.
- İş yeri:Çinar Park
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...