Marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması;
  • Mövcud və gələcək məhsullara qarşı daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırılması.

Tələblər:

  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramları və müvafiq dizayn proqramları biliyi.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Marketinq üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı