Marketinq üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 300 AZN. Ferrum Capital Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Detallara qarşı diqqətlilik göstərməlidir.

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Marketinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasında iştirak etmək
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Şirkətin təklif etdiyi məhsul və xidmətin inkişafı strategiyası, qiymətləndirilməsi, yaradılması və markası daxil olmaqla marketinq və reklam planları fikirləşmək, inkişaf etdirmək və həyata keçirmək
  • Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabatlar təqdim etmək
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlamaq
  • İstifadə olunan saytların effektivliyini təhlil etmək
  • Partyonlar ilə birlikdə aksiyaların hazırlanması

İş qrafiki:

  • Bazarertəsi – Cümə: 10:00-19:00
  • Şənbə: 10:00 – 14:00
  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri

Namizəddə tələblər:

  • Marketinq və ya biznesin təşkili üzrə ali təhsil
  • Müvafiq sahədə təcrübə arzuolunandır
  • Azərbaycan dili və ingilis dilini əla səviyyədə bilmək (rus dilini bilmək üstünlükdür)
  • Yüksək ünsiyyət qurma, təqdimetmə və komandada işləmək bacarığı
  • Məqsədyönlü, məsuliyyətli, yeni ideyalara təşkilatçılıq bacarığına malik olmalı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı