Marketinq şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Melissa Group Marketinq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.

Vəzifəyə dair tələblər:

  • Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
  • Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
  • Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.

Namizədə olan tələblər:

  • Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
  • Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
  • Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
  • Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

CV-lərinizi hr@melissagroup.az ünvanına “marketinq şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı