Qısa məzmun
Sirab ASC Marketinq mütəxəssisi (Trade şöbəsi, HoReCa üzrə) vəzifəsi üzrə vakansiya elan edir
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) – əla;
- Dil bilikləri: Azərbaycan dili- əla;
- Cinsi: Qadın;
- Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən spirtsiz və spirtli içkilər üzrə) minimum 1 il iş təcrübəsi;
- B kateqoriyalı sürücülük vəsiqəsinin mütləqdir;
- Şəxsi avtomobilin olması üstünlükdür.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Keyfiyyət yönümlülük;
- Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
- Komanda ilə işləmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- Planlaşdırma və problem həll etmə bacarığı.
İş barədə:
- Bazar tələblərinin araşdırılması;
- Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
- Satış nöqtələrində satış yönlü tədbirlərin, təqdimatların keçirilməsi;
- Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib edilmədiyinin ölçülməsi;
- Şatış sonrası proselərin izlənilməsi;
- Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
- İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında data toplanması;
- Toplanan datalar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
- Rəhbərliyə günlük hesabatların təqdim olunması.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır (ofisə gəlmədən ərazidə fəaliyyət göstərəcəkdir)
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Trade marketinq mütəxəssisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İş barədə məlumat: Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi; Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rə ...
Express Bank Məzmun marketinqi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Nur Collection MMC "SMM Koordinator " vakansiyasnı elan edir və müvafiq sahədə təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir ...
Expressbank ASCRəqəmsal marketinq üzrə aparıcı mütəxəssis vəziəfəsi üzrə vakansiya elan edir. ...
Кофе для тебя не просто заряд бодрости, а напиток со своим многогранным характером? Ты так ра ...
AZDIZAYN GROUP Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Araznet MMC Brend menecer köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Araznet Kateqoriya üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Kosmetika və baxım) vəzifəsi üzrə vakansiya elan edir. ...