Marketinq mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Namizəddən aşağıda qeyd edilən nəticələr gözlənilir:

  • Üst rəhbərin vaxtına qənaət;
  • Şirkəti sosial şəbəkələrdə təmsil etmək;
  • Təhsil bazarında aktual xidmətlərin  təbliğ edilməsi və analizi.

Namizədin öhdəlikləri:

  • Satış dinamikasının analizi;
  • Hədəf auditoriyanın və rəqiblərin analizi; 
  • Şirkətin sosial şəbəkələrinin və saytının idarə edilməsi (postların və storilərin paylaşılması,istifadəçilər tərəfindən yönləndirilən sual və şərhlərin cavablandırılması); 
  • Müştəri bazası ilə kommunikasiya yaratmaq, onların davranışlarını adekvat analiz edərək, vaxtında doğru reaksiya vermək; 
  • Səlis şifahi nitqin və qrammatik yazının mövcud olması; 
  • Brendə olan loyallığı formalaşdırmaq və yüksəltmək; 
  • Departament üzrə həftəlik iş planını hazırlamaq və üst rəhbərliklə razılaşdırılmaq; 
  • Prioritet istiqamətləri müəyyən etmək; 
  • Aylıq marketinq fəaliyyətlərinin hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;  
  • Həftəlik iclaslarda iştirak etmək, ötən həftənin planının hesabatını vermək və növbəti həftənin planını müzakirə etmək. 

Əgər siz ambissiyalı və enerji dolusunuzsa, öz sahənizdə yenilikləri asanlıqla qəbul edib, onları gündəlik təcrübənizdə dərhal tətbiq edirsinizsə, nəticəyə hədəfli və prosesləri təkmilləşdirməyi sevirsinizsə o zaman bizə tam uyğun namizədsiniz.

Tələblərimiz:

  • Müstəqil iş bacarığı; 
  • Yüksək səviyyədə kompüter bilgiləri;
  • Marketinq və ya biznesin idarəedilməsi sahəsində ali təhsilin (bakalavr və ya magistr dərəcəsi) olması; 
  • Azərbaycan və Rus dillərini sərbəst bilməli və qrammatik düzgün yazısı olmalı;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə, ünsiyyət və özünü təkmilləşdirmə qabiliyyətlərinə malik olmalıdır.

Təqdim etdiyimiz iş şərtləri:

  • Ofisdə individual iş yeri; 
  • Stabil, gecikməyən əmək haqqı və qoyulan hədəflərə çatdıqda əlavə bonuslar; 
  • Aktiv inkişaf edən şirkətdə gənc və enerjili heyətlə birgə maraqlı iş mühiti; 
  • Mütəmadi təlimlər; 
  • Professional karyera inkişafı üçün mükəmməl perspektiv; 
  • İş qrafiki: 6 günlük iş rejimi 
  • I – V günlər 10:30 – 18:00 aralığında (nahar və istirahət fasiləsi də daxil olmaqla, həmçinin iş qrafikini razılaşdırma ilə dəyişmək olar), şənbə günləri isə 9:30 – 15:30 aralığı 
  • Əlavə bonus olaraq – övladlarınızın təhsil ödənişlərinə endirim 
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir. 

Əgər siz artıq özünüzü bu vəzifədə sınamısınızsa və sizə sadəcə iş yox, özünüzü uğurlu şirkətdə yaradıcılar sırasında görmək maraqlıdırsa müraciətinizi gözləyirik!

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi email ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...