Marketinq mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. HR Option Marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Dürüslük, məsuliyyətlilik,çeviklik olmalıdır.

İş haqqında:

  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək
  • Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi, SWOT təhlillərin aparılmasında iştirak etmək
  • Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesində iştirak etmək;
  • Reklamların sifarişinə, hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri həyata keçirmək;
  • Anket sorğularının, müsahibələrin planlaşdırılması və yerinə yetirilməsində iştirak etmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planın icrasını həyata keçirmək

Tələblər:

  • Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
  • Marketinq sahəsində 1 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dili – yüksək, İngilis və rus dilləri (üstünlükdür)
  • MS Office (Word, Excel, Power point) – yaxşı səviyyədə
  • Dizayn proqramlarında işləmə bacarığı (üstünlükdür);
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüslük, məsuliyyətlilik,çeviklik
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik
  • Komandada işləmə.

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar info@hroption.az e-mail ünvanına müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı