Marketinq Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Prior Leasing Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Səliqəli xarici görünüş, Kişi namizəd tələb olunur.

Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Əsas vəzifə öhdəlikləri:

  • Bazarın tələblərinin öyrənilməsi, rəqiblərin məhsul və xidmətlərinin tədqiq olunaraq analitik araşdırmanın aparılması
  • Marketinq təbirlərinin təşkilində iştirak, bölgələrə ezamiyyə və bölgə filiallarında korporativ üslubun qorunmasına nəzarət
  • Müəssisənin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkilində iştirak;
  • Müəssisənin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamalı və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat təqdim etmək;
  • TV, Radio və başqa kammunikasiya kanallarında reklam yerlşdirilməsinin kordinasiyası;
  • Qoyulmuş hədəflər və görülmüş işlər üzrə mütamadi hesabatların hazırlayıb, təqdim etmək;
  • SMM-in idarə olunması;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək;
  • Daima yeni ideyalar təklif etmək.

Namizədə dair tələblər:

  • Marketinq, jurnalistika və iqtisadiyyat yönümlü digər ali təhsil ixtisaslaşması vacibdir.
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan dili, İngilis dili -yüksək . Rus dili (orta)
  • Səliqəli xarici görünüş, Kişi namizəd
  • Regionlara ezamiyyətlərə getmək imkanı (şirkətin maşını ilə)
  • Sürücülük vəsiqəsi

Maraqlanan namizədlər mövzu yerində “Marketinq üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı