Marketinq müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Santral Elektrik LTD Marketinq müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Santral Elektrik LTD – Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssisləri özünə cəlb edilir.

Hal-hazırda “Santral Elektrik LTD”da yeni vakansiya mövcuddur:

Vəzifə: Marketinq müdiri

İş qrafiki: saat 09:00-dan 18:00-dək, 5 iş günü

Vəzifəyə dair tələblər:

  • Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
  • Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
  • Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
  • Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
  • Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
  • Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibənin nəticəsinə, namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcəkdir.
CV-lərinizi cv@santral.az ünvanına “Marketinq müdiri” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı