Marketinq meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Başlıca fəaliyyətlər:

  • Sosial fəaliyyət araşdırması, bənzər sektor şirkətlərinin məhsulları, xidmətləri və strategiyaları üzrə bazar araşdırması, “FINCA Azerbaijan”ın bazarda imici və rəqabət mövqeyi, “FINCA Azerbaijan” reklamlarının və təbliğat fəaliyyətinin effektivliyi və digər aspektlər də daxil olmaqla, idarəetmə qərarlarının qəbulu üçün davamlı bazar məlumatları toplamaq məqsədilə sistemlər hazırlayır və saxlayır;
  • “FINCA Azerbaijan”-ın lazım olan auditoriyaya düzgün mesajı səmərəli və effektiv şəkildə çatdırmasını təmin etmək üçün maliyyə ili ərzində izləniləcək fəaliyyətləri təfərrüatlı əks etdirən və təşkilat hədəflərinə çatılmasına yönələcək müştəri artımı və saxlanması, müəssisə siyasətinə uyğun olaraq hərtərəfli, çoxillik marketinq strategiyalarının və illik marketinq planlarının işlənib hazırlanması və sənədləşdirilməsi prosesinə rəhbərlik edir.
  • Marketinq büdcəsi məlumatlarının tələb olunan xidmətlər çeşidi üçün cari qiymətlərə əsaslanmasını təmin edərək illik planlaşdırma və büdcələşdirmə proseslərini hazırlayır;
  • Lazım gəldikdə prosesin bütün aspektlərinə kritik məlumat verən Baş İcraçı Direktoru ilə əməkdaşlıq edərək BTL və ATL də daxil olmaqla, reklam və təbliğat materiallarının layihələndirilməsi, hazırlanması və yerləşdirilməsini təmin edir;
  • Baş İcraçı Direktorunun rəhbərliyi altında müvafiq olaraq medianın əsas üzvləri ilə əlaqələri inkişaf etdirərək və davam etdirərək təşkilatın media nümayəndəsi kimi çıxış edir;
  • Əsas media ilə əlaqələri inkişaf etdirir, hekayələr təqdim edir, media ilə əlaqə və planlaşdırma üçün yaradıcı ideyalar hazırlayır.
  • Təşkilatın imicini yüksəltmək üçün mediada çıxışlar, ictimai nitq tədbirləri və yüksək vəzifəli rəhbərlər üçün digər imkanlar təşkil edir.
  • KSM Layihələrinin idarə olunmasına nəzarət edir;
  • Daxili Əlaqə Layihələrinin idarə olunmasına nəzarət edir;
  • Müştəri Təcrübəsi təşəbbüslərinə və müştərilərlə bağlı layihələrə nəzarət edir;
  • Xəbər yenilikləri və “FINCA Azerbaijan” haqqında məlumatlar ehtiva edən müntəzəm press-relizlərin yayılmasını təmin edir. Media işıqlandırılmasını təmin etmək üçün proaktiv monitorinqlə press-relizlərin keyfiyyətli və düzgün olmasını təmin edir;
  • Ölçüsü və mürəkkəbliyinə uyğun olaraq strateji marketinq idarəetməsi təcrübələrinin davamlı təkmilləşdirilməsinə təkan verir. Strateji institusional təşəbbüsləri yönləndirir, məsləhətlər verir və həyata keçirilməsinə rəhbərlik edir;
  • İşə götürmə, fəaliyyət idarəetməsi, təlim və işçilərin inkişaf etdirilməsi də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, tabeçiliyində olan işçilərə rəhbərlik edir və onların işini əlaqələndirir;
  • Tapşırıqları müvafiq qaydada ötürür və tapşırıq nəticələrini vaxtında əlaqələndirir.
  • Vəzifə ilə bağlı digər öhdəlikləri yerinə yetirir.

Tələblər:

  • Marketinq və ya Biznes İdarəçiliyi üzrə magistr dərəcəsinə üstünlük verilir.
  • Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi, ali idarəetmə sahəsində ən azı 3 illik iş təcrübəsi.
  • Marketinq və İctimaiyyətlə Əlaqələr funksiyasının inkişaf etdirilməsi üzrə xüsusi təcrübə.
  • Rəqabət şəraitində işləyən əmək bazarında uğurlu marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində təcrübə
  • Marketinq və İctimaiyyətlə Əlaqələr kampaniyalarının əlaqələndirilməsində təcrübə
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq tələb olunur.
  • Yüksək səviyyədə kompüter savadlılığı mütləqdir.
  • Araşdırma alətləri və metodologiyaları, o cümlədən SPSS statistika proqramı haqqında dərin biliklər

Səyahət tələbləri:

  • Tələb olunduqda ölkə daxilində və xaricinə səyahət etmək imkanı

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 22 dekabr 2021-ci il tarixdən gec olmamaq şərtilə Subject/Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı