Marketinq Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azersun Holding Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili biliyi arzu olunandır.

Namizədə aid tələblər:

  • Ali təhsilli (Marketinq sahəsində) olmalı;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübə;
  • Dil bilikləri: İngilis, rus;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında məlumat:

  •  Məhsul idarəsində olan məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul/markaların ideya mərhələsində istehlakçılara çatdırmaq və hətta istehlakçılardan gələcək geri dönüşlərini dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq;
  • Istehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
  • Şirkətin ixrac etdiyi markaların vəziyyətini görə bilmək, ixrac edilən ölkədəki trendləri, dinamikanı izləmək üçün mütəmadi qeyd edilən ölkələri ziyarət etmək;
  • Məhsulun qablaşdırması, reklam, çap materiallarının məhsul və marka bütünlüyünə uyğun olmasını təmin etmək;
  • Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək;
  • • Reklam (TV, Açıq hava, Radio, mətbuat) briflərini, POP materiallarını hazırlamaq və işin gedişatına nəzarət etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına mövzu hissəsində “Marketinq Mütəxəssisi” qeyd edərək göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı