Marketinq meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ozerol Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə və Stresə davamlılıq olmalıdır.

Ünvan: Bakı şəhəri , Vaqif prospekti 3

İş qrafiki- həftədə 6 gün, 09:00-18:00

Əmək haqqı – razılaşma yolu ilə

VƏZİFƏNİN TƏLƏB ETDİYİ XÜSUSİYYƏTLƏR

  • Təhsil: Ali Menecment, biznesin idarəedilməsi, marketinq
  • Təcrübə müddəti: Uyğun vəzifədə 3-5 il
  • Dil Bilikləri: İngilis dili (yazma, danışıq əla), Rus dili (yazma, danışıq əla)
  • Kompüter Bilikləri: MS Excel, MS Office, proqramlarla işləmə təcrübəsi
  • İxtisas Bilikləri: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri,
  • Xüsusi Şərtlər: Analitik düşüncə, Stresə davamlılıq, Stratejik düşünmə, Kreativlik, Liderlik, Prezentasiya etmə qabiliyyəti, mürəkkəb vəziyyətlərdə problemlərin həlli və düzgün qərar vermə bacarığı.

VƏZİFƏ FUNKSİYALARI

  • Brendin istehlakçısını tanımaq/başa düşmək:
  • İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
  • Araşdırma nəticələrini Marketinq departamentinin direktoruna təqdim etmək və təsdiqlətmək
  • Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək
  • Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq
  • Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və hesabatlar hazırlamaq
  • Brendlərin həyat siklini idarə etmək
  • Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək.
  • Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək
  • Brend kommunikasiyasını idarə etmək:
  • Reklam (Sosial Media, Outdoor, İndoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
  • Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək
  • Rəqib brendlərin məhsullarının kommunikasiya yenilikləri haqda hesabatları izləmək.
  • Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq
  • İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirərək şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək
  • Marketinq planlaşdırması və icraatı:
  • Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək
  • Promosiyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
  • Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
  • Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
  • Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.
  • Satış kanallarının inkişaf etdilməsi .
  • Satış kanallarını ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq
  • Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq.
  • Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı