Qısa məzmun
Kia Motors Azərbaycan şirkəti Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
“Kia Azərbaycan” 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycanda rəsmi distribütoru olaraq fəaliyyətə başlamışdır. Hazırda şirkətin marketinq fəaliyyətlərinə nəzarət edəcək marketinq menecer vəzifəsi üzrə vakansiya mövcuddur.
- İş yeri: Bəşir Bünyadov, 11, Bakı, Sabunçu, AZ1040
- İş qrafiki: I-VI günlər
- İş saatı: 09:00-dan 18:00-dək, şənbə ( 09:00-dan 17:00-dək)
- Əmək haqqı: 700-900 azn (namizəddən asılı olaraq)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Sosial şəbəkələrin aktiv idarə edilməsi
- Paylaşımların mətnlərinin hazırlanması
- Postların hazırlanması, dizayn edilməsi
- Reklamların yerləşdirilməsi
- Rəhbərliyin tapşırığını düzgün və operativ yerinə yetirmək
- Məşhur alış-veriş saytlarında Elanların yaradılması
- Şirkət vebsaytında məlumatların redaktəsi, yüklənməsi
Namizədə tələblər:
- Ali təhsil (marketinq yaxud biznes sahəsi üzrə olanlara üstünlük veriləcək)
- Ən az 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl etməlidir.
- İngilis dilini mükəmməl bilməsi mütləqdir, rus dili arzuolunandır.
- Facebook, Instagram üzrə istifadəçi təcrübəsi, paylaşımların olunması, ehtiyac olduqda reklam yaratmaq.
- Qrafik dizayn bacarığı (Adobe Photoshop) – Rəsmi server tərəfindən təmin olunan avtomobil şəkillərinə logo və başqa şablonları yerləşdirmə bacarığı.
- Şirkətin sosial şəbəkə hesabları üçün postların hazırlanması
- Səhifəyə gələn sorğuları cavablandırılmasını təmin etmək
- Şirkətin vebsaytına məlumatların köçürülməsi, redaktə olunması
- Kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, səliqəli olması vacibdir
Bütün vəzifələr barədə işə başlamazdan öncə təlim keçiriləcək.
Bu vəzifə üçün uyğun olduğunu düşünən namizədlər öz CV-lərini hr@kia.az ünvanına subject bölməsinə “Marketing manager” yazaraq yollaya bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketinq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Rəqəmsal marketing üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies SMM mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...