Marketinq kommunikasiyaları şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OBA marketlər şəbəkəsi Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili
  • Kompüter bilikləri: MS Office
  • Marketinq kommunikasiyaları (əsasən retail sektorda) minimum 2 il iş təcrübəsi;
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
  • Marketing kommunikasiya kanallarından effektiv istifadə bacarığı
  • Güclü vizuallaşdırma və kontent yaradıcılıq qabiliyyəti
  • Müştərilərini və hədəf kütləni mükəmməl şəkildə tanıyıb onların fəaliyyətini analiz edə bilmə qabiliyyəti
  • Dinamik, enerjili, məəsuliyyətli, kreativ, səbrli rəhbər
  • Təzyiq altında işləməyi bacarmalı və dinamik pərakəndə sektora bələd olmalı

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiya strategiyasının yazılması, şirkətinin vizyonuna uyğun kommunikasiya planının hazırlanması
  • Marketing kommunikasiyalar üzrə büdcənin ATL, BTL və TTL olaraq doğru bölgü edilməsi və izlənməsi
  • Ənənəvi reklam platformalarında reklam bölgüsünün həyata keçirilməsi və komandanın düzgün istiqamətdə yönləndirilməsi
  • Digital platformalarda reklam strategiyasının yazılması və komandanın düzgün istiqamətdə yönləndirilməsi
  • PR strategiyası üzrə düzgün imic reklamları və KSM layihələrinin həyata keçirilməsinə rəhbərlik edilməsi
  • Loyallıq proqramının(mobil tətbiq) idarə edilməsi üzrə iş təcrübəsi və loyallıq proqramının inkişafı üzrə yeni ideyaların yazılması
  • Marketing üzrə NPS soröuları və araşdırmaların analiz edilməsi
  • ROİ hesablanması və analiz edilməsi
  • Güclü kommunikasiya bacarığı, şirkətin vizyon və missiyasının düzgün kommunikasiya edilməsi

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq kommunikasiyaları şöbəsinin müdiri” yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı