Marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Karvan-L Marketinq üzrə mütəxəssis üzrə vakansiya elan edir. Düzgün yazılı və şifahi ünsiyyət qurmalıdır.

İş barədə məlumat:

  • Şirkətin xidmət sahəsi haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,
  • Müştəri və müvafiq sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
  • Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi, kampaniyalarla bağlı təkliflərin verilməsi,
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
  • Yeni ideyalar yaradaraq uğurlu marketinq kompaniyalarını həyata keçirmək və idarə etmək.
  • Əsas partnyorlarla strateji əlaqələr qurmaq.
  • Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.
  • Xarici dövlətlərin satış şirkətləri ilə əlaqələr qurmaq, partnyorluq əlaqələri yaratmaq, müqavilələr imzalamaq,
  • Satışın artırılması üçün təkliflərin hazırlanması.
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ xidmət, tərəvəz və başqa məhsullarının reklamını təşkil etmək.
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
  • E-mail marketinq sahəsində mütəmadi olaraq konseptlərin hazırlayır və təqdimatını aparır;
  • Müştəri bazasını genişləndirir;
  • Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir.
  • İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir.
  • Müştərilərdən gələn sorğuları cavablandırır;

Tələblər:

  • Təhsil : Ali (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə)
  • Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
  • MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili mütləq əla səviyyədə.
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.

İş qrafiki:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
  • İstirahət bazar günü.
  • Nahar şirkət tərəfindən verilir.
  • Telefon nömrəsi ilə təmin edilir.
  • Ünvan: Bakı şəh. Babək pr.
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı