Marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Improtex Trucks and Buses LLC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Yeni və mövcud proyektlər üzrə marketinq və reklam strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
  • Marketinq fəaliyyətinin təşkili, illik marketinq planlarının tərtib olunması
  • Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmasının aparılması
  • Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması
  • Bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, xidmətlərin səviyyəsinin artırılması üçün təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması
  • Sosial şəbələrdə hesabların idarə olunması və izlənilməsi
  • Sosial şəbəkələrdə məlumatın yerləşdirilməsi
  • Müsabiqə və onlayn kampaniyaların təşkili
  • Admin panelin idarə olunması, sayta məlumatların daxil edilməsi, sualların cavablandırılması

Tələblər:

  • Yaş həddi: 25-35
  • İqtisadi yaxud texniki sahə üzrə ali təhsil (Menecment və ya Marketinq)
  • Güclü idarəetmə qabiliyyəti, kollektivlə işləmək bacarığı
  • Dəqiq və işinə qarşı məsuliyyətli olmaq, iş planlama və təşkil etmə bacarığı olmalı və işə yaradıcı yanaşmalıdır
  • Tədbirlərin, sərgilərin, seminar və konferensiyaların təşkilini bacarmalıdır
  • Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
  • Stressə davamlı və operativ olmalı
  • MS Office proqramlarını mükəmməl dərəcədə bilməli
  • Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

İş şəraiti:

  • 6 günlük iş qrafiki (6-cı gün qısaldılmış gündür): Bazar günü istirahət
  • Əmək haqqı razılaşma yolu ilə
  • Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
  • Nəqliyyat şirkət tərəfindən təmin edilir.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Marketinq üzrə mütəxəssis” sözünü qeyd etməklə Zamina.Hasanova@az.man-mn.com elektron poçtuna göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı