Qısa məzmun
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
- Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;
- İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq
- Departamentinin iştirakını təmin etmək;
- Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
- Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək;
- Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
- İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
- Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
- Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək;
- İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək;
- İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək;
- Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək;
- Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
- Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
- Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirmək.
✅ • İş şəraiti
- • İş saatı: 09-00-dan 18-00-dək;
- • İstirahət: Şənbə və Bazar günü.
Tələblər
- Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
- Yaş həddi: 28-45;
- İş təcrübəsi: Marketinq sahəsində minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
- Kompüter biliyi: Microsoft Office;
- Dillər: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Manager
Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...