Qısa məzmun
Abşeron Logistika Mərkəzi Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarının iştirakçısı olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;
- Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsi;
- Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması;
- Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;
- İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;
- Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;
- Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;
- Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;
- Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;
- Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;
- Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;
- Marketinq üzrə illik planın hazırlanmasında iştirak.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 3 ilədək iş təcrübəsi;
- Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
- Azərbaycan və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür);
- MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər;
- Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Komanda ilə işləmək bacarığı və nəticə yönümlülük.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir)
Oxşar vakansiya siyahısı:
AzInTelecom MMC Kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir. ...
Caspian Equipment Company Rəqəmsal marketoloq vəzifəsi üzrə vakansiya elan edir. ...