Marketinq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Universal Group of Companies Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiyanın təsviri:

  • Şirkətin marketinq strategiya və planının işlənib hazırlanması;
  • Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verilməsi və müvafiq istiqamətlər barəsində yeni layihələrin rəhbərliyə təqdim edilməsi;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
  • Şirkətin xidmətləri haqqında təqdimatların hazırlanması və məzmunların təkminləşdirilməsi, aylıq raportlar əsasında analizlərin aparılması;
  • Şirkətin sayt və sosial media hesablarına nəzarətin edilməsi, daimi yenilənməsi;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
  • PR, reklam, təqdimat işlərinin təşkili, xüsusi layihələrin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Xidmət sahələri üzrə satış hədəflərini müəyyənləşdirmək və hədəfə çatmağa nail olunması;
  • Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasının təmin edilməsi;
  • Agentliklər ilə işlərin aparılması, xidmətlərə nəzarətin aparılması;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və öz təkliflərininin rəhbərliyə təqdimatı;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumatın verilməsi;
  • İllik marketinq büdcəsinin planlaşdırılması, analizi və nəzarəti;
  • Brendin müsbət imicini qorumaq və artırmaq, bazarda mövqeyini gücləndirəcək tədbirlərin görülməsi.

Xüsusi tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır);
  • 3-5 il iş təcrübəsi;
  • Dizayn və Korporativ stil ilə bağlı biliklər;
  • MS Office programları üzrə yaxşı bilik səviyyəsi;
  • SEO/SEM və tarqetinq üzrə biliklər;
  • Ənənəvi və Kontent marketinq üzrə ümumi biliklər;
  • Təqdimat bacarığı;
  • Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
  • Biznes danışıqları aparmaq bacarığı;
  • Marketinq plan və büdcə hazırlama bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dili mükəmməl bilməli, Rus dili arzuolunandı;
  • POSM (Point of Sales Materials) və çap işlərindən məlumatlı olması. ;

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “marketinq üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı