Marketinq (yerli istehsalat, Biskvit) Layihə Rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avrora Marketinq (yerli istehsalat, Biskvit) Layihə Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

İşin qısa təsviri:

Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi; Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması; Kompaniyalar, tədbirlər, rəqəmsal marketing və ictimaiyyətlə əlaqələr daxil olmaqla marketinq strategiyalarının icrasına nəzarət etmək;

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Brendlər üçün marketinq və kommunikasiya strategiyalarının yaradılması və ərsəyə gətirilməsi;
  • Yeni və mövcud məhsullar üçün marketinq strategiyalarının hazırlanması;
  • Marketinq layihələri büdcəsinin idarəedilməsi;
  • Kompaniyalar, tədbirlər, rəqəmsal marketing və ictimaiyyətlə əlaqələr daxil olmaqla marketinq strategiyalarının icrasına nəzarət etmək;
  • Şirkətin satış komandasıyla yaxından əməkdaşlıq; satış komandasını müvafiq alətlərlə, materiallarla və təqdimatlarla təmin edərək onları kommersiya məqsədlərinə nail olmasına imkan yaradılması;
  • Məhsulun bazar mövqeyinin izlənməsi və ehtiyat marketinq planlarının hazırlanması, proqnozlaşdırılması;
  • Komandanın gündəlik fəaliyyətinə başçılıq etmək;
  • Marketinq hədəflərinin marketinq komandası tərəfindən icra olunmasının təmin edilməsi;
  • Rəqabətcil mühitin və istehlakçı trendlərinin davamlı analizini öhdəsinə götürmək;
  • İllik məhsul, marketinq və satış hədəflərinin müəyyən olunması və icrası;
  • İstehlakçı rəyini anlayıb və onları uğurlu brend təşəbbüslərinə çevirilməsi;
  • Bütün marketinq və satış fəaliyyətinin planlanması və idarə edilməsi;

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:

  • FMCG sahəsində yüksək səviyyəli marketinq uğurları (biskvit, vafli, şokolad satışı və ya qida istehsalı sahəsində);
  • Orijinal brend imkanlarını aşkar edə bilən biznes yanaşması;
  • Özünə inamlı, idarəçi və dinamik liderlik;
  • Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
  • Təhsil : Ali (Marketinq sahəsində bakalavr və ya magistr təhsili üstünlük hesab olunur);
  • İş təcrübəsi : Minimum 3 il (FMCG sahəsində yüksək səviyyəli marketinq təcrübəsi (biskvit, vafli, şokolad satışı və ya qida istehsalı sahəsində));
  • Kompüter bilikləri : MS Office;
  • Dil bilikləri : İngilis və Rus dili bilikləri üstünlükdür;

Bizim iş şərtləri:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri : Bakı şəhəri;
  • Mobil nömrə təminatı;
  • Tibbi sığorta;
  • Nahar şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq (yerli istehsalat, Biskvit) Layihə Rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı