Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Alyans Tekstil Marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
- Şirkətin sayt və sosial media hesablarının idarə edilməsi;
- Rəqəmsal Marketinq fəaliyyətinə dair hesabatların hazırlanması;
- Reklam materiallarının və kataloqların hazırlanması;
- Xüsusi tədbirlər və sərgilər daxil olmaqla marketinq və PR fəaliyyətlərində iştirakın təmin edilməsi.
Namizədə tələblər
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə olması arzuolunandır) və ya müvafiq istiqamət üzrə sertifikatlar;
- Marketinq sahəsi üzrə 1 ildən çox iş təcrübəsi;
- SEO və SEM üzrə biliklər (Google analytics, Google Search Console, Ads manager, Adwords);
- Müxtəlif sosial media platformalarında (SMM) işləmə bacarığı;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə;
- Microsoft Office proqramlarını bilməli;
- Dizayn proqramlarını bilməsi arzuolunandır;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
- İş rejimi: I-V günlər 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərin öz CV-lərini 20 fevral 2020-ci il tarixinədək mövzu hissəsinə “Marketinq mütəxəssisi” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Marketinq meneceri
Saloğlu Fərdi Firması Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Trade marketinq meneceri
Supertoys MMC Trade marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
900₼
Sosial Media MütəxəssisiRAM Solutions Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...