Qısa məzmun
Ferrum Capital SMM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Analiz etmə və araşdırma qabiliyyəti olmalıdır.
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC SMM üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Tələblər:
- 22-28 yaş
- Müvafiq sahə üzrə 1 il təcrübə
- Azərbaycan və rus dilləri üzrə səlis,ingilis dili biliyi üstünlükdür
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
- Analiz etmə və araşdırma qabiliyyəti
- Facebook Ads, MS Excel üzrə biliklər
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi,
- Sosial media üçün aylıq post planının hazırlanması
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması
- Sosial media postları üçün kontentlərin yazılması
- Sponsorlu (targeting) reklamların verilməsi
- Səhifənin aylıq hesabatlarının hazırlanması
- Qrafik dizaynerə düzgün və dəqiq brief verilməsi
- Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə: 10:00 – 14:00
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “SMM üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...