Marketinq üzrə direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Global Food Company Marketinq üzrə direktor vəzifəsi üzrə vakansiya elan edir.

İşəgötürən: “GFC” MMC: “KFC”, “Pizza Hut” və “Simit Sarayı” restoranların şəbəkəsi.

Əsas vəzifə və öhdəliklər:

  • Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
  • Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
  • Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə
    yetirilməsinin təmin edilməsi;
  • Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
  • Biznesin inkişafı istiqamətində bazar tələblərinin daim təhlil etməsi;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
  • Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
  • Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
  • ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
  • PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
  • Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
  • Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
  • Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
  • Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.

Namizədə aid tələblər:

  • 30-45 yaş arasında;
  • Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsil arzu olunandır);
  • Fundamental Marketing və Digital marketing üzrə bilikləri;
  • 5 ildən çox marketinq sahəsində təcrübə olması;
  • Səlis azərbaycan və rus dili bilikləri;
  • Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
  • MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir,
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
  • Tənqidi düşünmək və problem həll etmə bacarıqları;
  • Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Əmək haqqı: Bilik və bacarıq əsasında təyin olunur.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Marketinq üzrə direktor” qeyd edərək hr@gfc.az e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı