Marketing və satış departamentinin direktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1300 AZN. Allstar MMC Marketing və satış departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir. Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmalıdır.

İş barədə məlumat:

  • Marketınq və satış departamentinin direktoru, Satış və Marketinq şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir
  • Bu vəzifədə o, həm də yerli bazarda satış, marketinq,müştərilər ilə əlaqələr, layihələrin əldə edilməsi,idarəedilməsi və satış strategiyasının planlaşdırılmasına və tətbiqinə cavabdehdir
  • Satış və Marketinq şöbəsi ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək
  • Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq
  • Tabeliyində olan işçilərin işini təşkil etmək, digər şöbələr ilə işlərini qarşılıqlı əlaqələndimək
  • Şirkətin bütün satış və marketinq təşəbbüslərini istiqamətləndirmək
  • Potensial müştəriləri ilə Satış kontraktların bağlanmasını təmin etmək
  • Ardıcıl surətdə müştərilərə peşəkar, dostyana və cəlbedici xidmət təklif etmək
  • Satış menecerləri tərəfindən görülən işlər barədə gündəlik hesabatlar almaq
  • Satış nöqtələrinin işini təşkil edərək, işlərin icrasına nəzarət etmək.(Sərgi salonun işini mütamadi nəzarətdə saxlamaq)
  • Servis Mərkəzinin işini təşkil edərək, işlərin icrasına nəzarət etmək
  • Məhsulların satışının irəliləməsi məqsədilə, departamentin işini təşkil edərək, şirkətin veb saytında, sosial şəbəkələrdə, diller şəbəkəsində, B2B satış üsulu və həmçinin satış nöqtələrində məhsulların tanıtımını təmin olunmasına nəzarət etmək
  • Dövlət satınalma portalında elan edilmiş tenderlər üzrə işlərə nəzarət etmək, və zəruri halda şirkətin fəaliyyət dairəsinə uyğun olan tenderdə iştirakını təmin etmək
  • Müştəri bazasında görülən işlərə nəzarət etmək
  • Rübdə bir dəfə marketinq analizlərini tərtib etmək
  • Zəruri hallarda müştərilərlə görüşlər keçirərək, işgüzar danışıqlar aparmaq
    kommersiya layihələrini hazırlayıb, təstiqləmək
  • İş qrafiki: 09:30-dan 18:30-dək

Namizədə tələblər:

  • Satış və marketinq sahəsində rəhbər vəzifədə iş təcrübəsi olmaq
  • İngilis (yazılı və şifahi), Azərbaycan, Rus dillərini bilmək bacarığı
  • Microsoft Windows proqramları (Word,Excell) müvafiq kompüter proqramları ilə işləmək bacarığına sahib olmaq.Outllook
  • Ali təhsil (universitet və ya kollec) diplomu olmaq
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq
  • Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq
  • Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq
  • Əsas diqqətini müştərilərin və departament işçilərinin ehtiyaclarına yönəltmək, bütün vaxtlarda təmkinli və nəzakətli olmaq

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı