Marketing Specialist
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Group Motors şirkəti Marketing Specialist vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford və Toyota avtomobil brendlərinin rəsmi distribyuteri “Marketing Specialist” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

  • Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
  • Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
  • Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
  • Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
  • Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
  • Qiymət strategiyaları və müştəri məmnuniyyətinə yönəlmiş uzunmüddətli məqsədləri təklif etmək;
  • Tələb olunan məhsul və ya xidmətlərin növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
  • Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
  • Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
  • Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.

Namizədlərə tələblər:

  • Yaş: 25-35;
  • Ali təhsil;
  • Marketinq sahəsində min. 5 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və İngilis dillərini bilməli, Rus dilinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Stres altında işləmə qabiliyyəti;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
  • Fəal və işə planlı yanaşma;
  • Qərarvermə qabiliyyəti.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Marketing Specialist” qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiya siyahısı:

Sosial media üzrə inzibatçı

Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

07.05.2025 - Bakı

Biznes məsələləri üzrə menecer

Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

07.05.2025 - Bakı

Aparıcı reklam mütəxəssisi

Mətanət A Şirkətlər Qrupu  Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

07.05.2025 - Bakı

Product Marketinq Menecer

Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Ateshgah Insurance Company

07.05.2025 - Bakı

Brand Manager

Experience: Minimum 3 years in retail or brand management Salary: Negotiable Contract Type: Official employment per the Labor Code of Azerbaijan About the Company: We are ...

BayGroup

09.04.2025 - Bakı