Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Nurgun Holding Marketing meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini sərbəst bilməlidir.
Vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının tədbiqi planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Şirkətin marketinq məlumat baza sisteminin qurulması
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
- Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
- Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərə təqdim edilməsi
- Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
- Şirkət üzrə brend istifadəsinə nəzarət
- Şirkətin PR və Reklam siyasətinin hazırlanması
- Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
- PR və Reklam işlərinin aparılması
- Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
Tələblər:
- Ali təhsil;
- Yüksək səviyyədə komputer bilgiləri;
- Rus və ingilis dillərini sərbəst bilməli;
- Yaş həddi 29-35 arası;
- Ən azı 2 il iş təcrübəsi olmalı;
Şəxsi keyfiyyətlər:
- Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Digər məlumatlar:
- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə “marketing meneceri” yazmaqla hr@nurgun.az ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...