Marketing meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-3000 AZN. Delüks-Kamin MMC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, rus dillərini bilməlidir.

İş barədə məlumat:

  • Marketinq planlarının hazırlanması, marketinq komandasının yaradılması, marketinq ssenarilərinin qurulması və elan edilməsi, həyata keçirilməsi, inkişafı, koordinasiyası və idarə olunması
  • İstehsalat və satış şöbələri tərəfindən görülən işləri izləyərək siyasət və təcrübələrin yenilənməsi
  • Marketinq kadrlarının hazırlanması, şirkətin ümumi siyasətinə uyğun olaraq marketinq təcrübələrini həyata keçirmək üçün tələb olunan bütün plan və proqramların hazırlanması, icrası və nəzarəti
  • Satış və istehsal şöbəsi işçilərinin müəyyən olunmuş hədəflərə çatması üçün koordinasiyalı bütün lazımi əməliyyatların aparılması
  • Satış öncəsi dizayn, satış sonrası montaj və çatdırılma üçün texniki şöbə, satış başa çatdıqdan sonra, satış şöbəsi ilə koordinasiyalı olaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə tutmaq üçün işlər aparmaq
  • Digər müvafiq şöbələrlə marketinq və satış təhlili apararaq rəqiblər və məhsullar barədə hesabatlar hazırlayaraq şirkətin strategiyalarında lazımi düzəlişlərin edilməsi
  • Məhsullarımızın qiymət tendensiyası, stok vəziyyəti, satılacaq malların tədarükü və tədarük müddətləri ilə bağlı satış, lojistik-mühasibat və istehsal şöbələri ilə əlaqəli şəkildə işləmək
  • Marketinq inkişafının davamlı təhlili
  • Şirkət tərəfindən təqdim olunan mövcud və yeni məhsul və xidmətlərin reklamının təşkili
  • Yerli və xarici satış kanallarının (İnternet, veb portallar vasitəsilə) müəyyənləşdirilməsi, həmçinin müvafiq istiqamətdə strategiya və inkişaf layihələrinin hazırlanması və həyata keçirilməsi
  • Müştəri bazasını genişləndirmək və əhatə dairəsini yaxşılaşdırmaq üçün PR və reklam layihələrinin inkişafı
  • Şirkət strategiyası çərçivəsində bazar şərtlərinə və müştəri ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər üçün təklif hazırlamaq
  • İstifadə olunan saytların səmərəliliyini artırmaq
  • Şirkətin mövcud marketinq kampaniyalarını davamlı izləmək və inkişaf barədə rəhbərliyi məlumatlandırmaq
  • şirkətin məhsul və xidmətlərinin rəqabət qabiliyyətini qiymətləndirmək

Müraciət üçün;
b) – CV-nizi hr@deluxekamin.com adresinə elektron poçtla göndərməyinizi xahiş edirik.

Namizədə tələblər:

  • İqtisadiyyat fakültəsindən məzun olmalı
  • Türkiyədə və ya Avropada təhsil alanlara üstünlük verilir
  • Marketinq sahəsində rəhbər vəzifələrdə ən azı 5 illik təcrübəyə sahib olmalı
  • Yerli / beynəlxalq satış və marketinq sahəsində təcrübəli, müştəri və regional ziyarətlərdə olmalı
  • İngilis, rus və türk dillərində danışıqlar və görüşlər keçirmək və hesabat vermək üçün kifayət qədər səlist danışmalı
  • Marketinq texnikalarını və tətbiqetmələrini yaxşı bilməli
  • Analitik düşüncə, güclü vaxt idarəetməsi və planlaşdırma bacarığı olmalı
  • Marketinq qrupu qura və komandanı idarə edə bilməli
  • Müştəri məmnuniyyətinə üstünlük verməli

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı