Marketing və inzibatı işlər üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. BETTA MMC Marketing və inzibatı işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili, Rus dili və İngilis dili tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Telefon, email və şəxsən danışıqları aparmalı və müzakirə etməli.
  • Görüşlər, iclaslar və iş səyahətləri daxil olmaqla, Baş Direktor üçün təqvim tərtib etməli və lazımi şəkildə yönləndirməli.
  • Müştərilərlə mütəmadi əlaqələr saxlanılması, feedback-lərin alınması və araşdırılması
  • Şirkətin biznes planının inkişafında yaxından iştirak etmək
  • Baş Direktor adına bütün zəruri tələblər (görüş yeri, lazımi avadanlıqlar, təqdimatlar və gündəm hazırlanması və s.) təmin edilməklə, daxili və xarici görüşlərin təşkil olunmasına cavabdeh olmalı.
  • Baş Direktora və Biznes İnkişafı üzrə Menecerə inzibati dəstək.
  • Baş Direktor üçün uçuşlar, viza, otel yerləşdirilməsi, səyahət xərcləri daxil olmaqla, görüş planlarının təşkil edilməsinə cavabdeh olmalı.
  • Baş Direktor tərəfindən tələb olunduqda, iclas gündəliyinin tərtib edilməsi, görüşlərin zamanı haqqında məlumatlandırma, iclas protokollarının yazılması, görüş məkanlarının təsdiqi və s. daxil olmaqla, katibəlik dəstəyi göstərməli.
  • İclasdan sonra protokolları və tapşırıqları yazmalı və bütün iştirakçılara paylamalı.
  • Baş Direktor tərəfindən və Biznes İnkişafı üzrə Menecer tərəfindən tələb olunduğu zaman təqdimatlar tərtib etməli və yazmalı.
  • Yeni müştərilər üçün ətraflı prezentasiyalar hazırlanmalı.
  • Şirkətin İnternet səhifəsinin işlək olması və yenilməsinə nəzarət edilməli
  • SMM fəaliyyətində Biznes İnkişafı Menecerinə daimi dəstək verilməsi və yenilənmiş məlumatların yerləşdirilməsi
  • Şirkətin daxili nizam – intizam qaydalarına ciddi riayət etməli, işə davamiyyəti dəqiq olmalı.
  • Geyimi səliqəli ofis stilində olmalı.

Tələblər:

  • Bakalavr: İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Menecment, Maliyyə və Mühasibatlıq üzrə təhsil
  • İş təcrübəsi sahə üzrə minimum bir il
  • Dil biliklər: Azərbaycan dili, Rus dili və İngilis dili
  • Kompyuter bacarıqları: Word, Excel, Power Point bilməsi vacibdir
  • Marketinqin əsaslarını bilməli
  • Mükəmməl prezentasiya bacarığı və prezentasiya vasitələrindən professional istifadə.
  • Komanda ilə işləmək bacarığı
    Analiz bacarığı

İş şərtləri:

  • İş rejimi: 5 günlük (09:00-18:00)
  • Əmək haqqı: 600 -800 AZN (müvafiq vergilər çıxılmaqla)
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını cv@betta.az elektron ünvanına və ya baş ofisə (Bakı, Bəşir Səfəroğlu küç., 133) təqdim edə bilərlər.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı