Market Risk Specialist
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

“PAŞA Bank” ASC olaraq “Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis) kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

  • Bankın bazar və likvidlik risklərinin idarə edilməsinin daxili siyasət və prosedurları barəsində məlumatların əldə olunması;
  • Maliyyə alətlərinin IFRS 13 standartlarına əsasən qiymətləndirilməsi;
  • IFRS 9 standartlarına uyğun ehtiyatların ayrılması;
  • Bazar/Likvidlik Risk məlumatlarının təhlili və hesabatının aparılması;
  • Stress-testlərin keçirilməsi;
  • Makroiqtisadi təhlil;
  • Riskə məruz dəyər, gözlənilən çatışmazlıq, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi;
  • LCR və NSFR kimi alətlər ilə likvidlik riskinin ölçülməsi;
  • Bankın Faiz Riskinin İdarə Edilməsi (IRRBB);
  • Bank kapitalının idarə edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi
  • İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: FRM, PRM, CQF, CFA kimi sertifikatlar
  • Xarici dillər: İngilis
  • Kompüter bilikləri: Microsoft Office; proqramlaşdırma dilləri (R, VBA, SQL, PYTHON, MATLAB)
  • Digər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına 23.09.2021 tarixinədək başlıqda ““Market Risk Specialist” (Bazar Riskləri üzrə Mütəxəssis)” qeyd edərək göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis

Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

23.10.2025 - Bakı

Mühasib

Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...

Güvənli MMC

20.10.2025 - Bakı

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

06.10.2025 - Bakı